Fransada Rusiya aktivlərinə qoyulan həbslərin icrasına başlanılıb

Fransada Rusiya aktivlərinə qoyulan həbslərin icrasına başlanılıb backend

Fransanın məhkəmə icraçıları Rusiyanın bu ölkədəki aktivlərinin həbs olunması ilə bağlı çıxarılan məhkəmə qərarının icrasına başlayıb. "APA-Economics" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məhkəmə icraçılarının bu ölkədə fəaliyyət göstərən bir sıra Rusiya şirkətlərinə göndərilən bildirişlərdə deyilir.

Bildirişlərdə qeyd edilib ki, Rusiya şirkətlərinin və diplomat nümayəndəliklərin aktivləri və bank hesabları həbs olunur. Lakin bundan sonra, diplomatik nümayəndəliklərin hesablarına qoyulan həbs aradan qaldırılıb. Şirkətlərin bank hesablarına qoyulan həbs isə qüvvədədir.

Bundan başqa, bir sıra Rusiya nümayəndəliklərinə daşınmaz əmlaka olan həbsə görə borcu ödənilməsi ilə bağlı bildirişlər göndərilib. İddiaçı qismində Kiprdə qeydiyyatdan keçmiş “Hulley Enterprises Limited” şirkəti çıxış edir. Rusiya Federasiyasının iddiaçı qismində çıxış edən şirkətə borcu 39,8 mlrd. dollar təşkil edir.
Diaspora