ABŞ Prezidenti Donald Tramp Minnesota ştatının Minneapolis şəhərində Corc Floyda görə başlayan etirazların yatırılması üçün ordunu hazır vəziyyətə gətirmə əmri verib.
Moderator.az “NBC News”a istinadən xəbər verir ki, bildirilib ki, sonuncu dəfə 1992-ci ildə Los-Ancelesdə 19 yaşlı nümayişçinin ölümündən sonra baş verən etirazlarda Amerika ordusu ölkədəki sosial hadisəyə müdaxilə edib.İğtişaşlar paytaxt Vaşinqtona da sıçrayıb. Cümə günü nümayişçilər Trampın yaşadığı Ağ Evin ətrafına toplaşıb, bayraqları yandıraraq Ağ Evin hasarlarına qalxmağa çalışıblar.
Trampı qorumaq üçün məsul gizli xidmət personalı nümayişçiləri nəzarət altına almağa çalışıb.
“Məxfi xidmət dünən gecə Ağ Evdə çox yaxşı bir iş gördü, Özümü daha təhlükəsiz hiss edə bilməzdim. Etirazçıların istədikləri qədər qışqırmalarına icazə verdilər. Amma irəli gedib xətti keçənlərə qarşı dərhal sərt müqavimət göstərdilər”, - deyə Tramp öz rəsmi tvitter hesabında bildirib.
Tramp dünən gecə, həmçinin öz tərəfdarlarını da Ağ Evin qarşısına çağırıb.