Əfqanıstanın prezidenti Əşrəf Gani tarixi bir addım ataraq ölkənin ən yüksək qurumu olan Əfqanıstan Ali məhkəməsi üzvlüyü üçün qadın hakim Anisa Rassouliyi namizəd göstərib.
QAZİLER.AZ saytının ANS PRESS-ə istinadən məlumatına görə, Rassouli Əfqanıstan tarixində Ali məhkəmə üçün namizəd göstərilən ilk qadın olub. Lakin Enise vəzifə başına keçə bilməsi üçün Əfqanıstan parlamentində səs toplamalıdır.
1986 – cı ildə Kabil Universitetinin hüquq və siyasi elmlər fakultəsindən məzun olan Rassouli 9 üzvlü Ali Məhkəmənin siyasətdən uzaq olmasının tərəfdarıdır.
Əfqanıstanın din adamları isə onun namizədliyinə qarşı çıxırlar. Verilən açıqlamada İslam və şəriətin qadınların hakim olmasına müsbət yanaşmadığı bildirilir.
Prezident Gani hakimiyyətə gəldikdən sonra bir çox vəzifəyə qadınları təyin edib. Verdiyi açıqlamada daha çox qadını vəzifəyə gətirəcəyi bildirib.