Əgər Paşinyan yaxın zamanlarda ciddi addımlar atmasa, uğursuzluğa düçar olacaq.
Qazilər.az xəbər verir ki, bu sözləri tvitter səhifəsində Ermənistanın keçmiş baş naziri Armen Darbinyan paylaşıb.“Təəssüf ki, Paşinyan sələflərinin ənənəsini – klan idarəetməsini, elitanın sıxışdırılmasını davam etdirdi. Onun birləşmə üçün yeganə cəhdi Əcəmoğluna (məşhur iqtisadçı Daron Əcəmoğlu) mənasız zəngi oldu. Əgər Paşinyan yaxın zamanlarda ciddi addımlar atmasa, uğursuzluğa düçar olacaq”, - deyə o bildirib.