Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi

Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi backend

Hindistanda Brahmani Dei Məbədində bir rahib koronavirus pandemiyasının sona çatması üçün Sarok Kumar Pradhanın başını baltayla kəsərək hindu ilahəsinə qurban verib.

Qazilər.az xarici mediaya istinadla xəbər verir ki, hadisədən dərhal sonra rahib polis tərəfindən saxlanılıb. Sansari Ojha adlı yetmiş yaşlı rahibin 52 yaşlı adamın başını kəsməsi ölkəni bir-birinə vurub.

Polisə açıqlamasında Rahib Ojha bildirib ki, o, yuxuda koronavirusun sona çatması üçün tanrının ondan qurban istədiyini görüb. Hadisə şahidləri onun Sarokla gecə saatlarında mübahisə etdiyini və sonda baltayla onu vuraraq öldürdüyünü bildiriblər.