Rusiyanı yalnız Avropa ölkələrinin və Kiyevin birləşmiş gücü dayandıra bilər.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk “Qordon” nəşrinə açıqlamasında deyib.O bildirib ki, AB dövlət başçılarının hərəkətində ardıcıllıq yoxdur:
“Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər, sonra Şimal axını-2 qaz boru kəmərinin tikintisində iştirak edir və məhdudiyyətlərin qaldırılmasını müzakirə edirlər. Hesab edirəm ki, Ukraynanı dəstəkləyən koalisiya, ciddi şəkildə birləşmiş qüvvələr Rusiyanı dayandıra bilər”.