Sabahdan Türkiyədə məscidlər açılır

Sabahdan Türkiyədə məscidlər açılır backend

Mayın 29-dan Türkiyədə məscidlərdə Cümə namazının qılınmasına icazə veriləcək.

Qazilər.az “Report”a istinadla xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, Ankara, İstanbul və İzmirdə mayın 29-da Cümə namazına açıq olacaq məscidlərin siyahısı açqlanıb.

Qeyd edək ki, koronavirusla bağlı tətbiq edilən karantin tədbirləri nəticəsində Türkiyədə məscidlərdə toplaşmaq, o cümlədən Cümə manazının qılınması qadağan olunmuşdu.