Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq

Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq backend

Rusiyanın paytaxtı Moskva şəhərinin əhalisinə gəzintiyə çıxmaq icazəsinin verilməsi planlaşdırılır. Lakin hələlik bu, test rejimində, xüsusi qrafik üzrə olacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Moskva şəhərinin meri Sergey Sobyanin deyib.

"Biz bunu test rejimində etməyi və müəyyən evlərdə yaşayan vətəndaşların gəzintiyə gedə biləcəyi cədvəlinin hazırlanmasını təklif edirik", - deyə Moskva meri qeyd edib.