Türkiyəli nazir canlı yayımda göz yaşlarına hakim ola bilmədi

Türkiyəli nazir canlı yayımda göz yaşlarına hakim ola bilmədi backend

Qonaq olduğu canlı yayımda 7-8 yaşlarında bir şəhid övladının yazmış olduğu məktubdan danışan türkiyəli nazir göz yaşlarına hakim ola bilməyib.

Qazilər.az Moderator.az-a istinadla xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu qonaq olduğu televiziya proqramında bir şəhid qızının yazdığı məktubdan bəhs edərkən göz yaşalarına boğulub.

Nazir evində olan bir dolabda şəhid ailələrindən gələn məktublar olduğunu və oradakı məktublardan birinin onu çox duyğulandırdığını söyləyib.

Məktubdan bəhs edərkən duyğulanan və danışmaqda çətinlik çəkən nazir göz yaşlarına hakim ola bilməyib.