“Reuters”: “Başlıqlar axtarış və sosial şəbəkələr üçün trafikin aparıcı qüvvəsidir”

“Reuters”: “Başlıqlar axtarış və sosial şəbəkələr üçün trafikin aparıcı qüvvəsidir” backend

Başlıqların oxucu tərəfindən bu və ya digər məqalənin seçilməsini müəyyənləşdirməsi ilə bağlı fikri “Reuters Institute” institutunun tədqiqatı bir daha təsdiq edib. İnstitutun “Digital News Report 2015” hesabatı internet istifadəçiləri tərəfindən xəbərlərin istifadəsinin əsas əhəmiyyətini əks etdirir.

Tədqiqatın nəticələri ilk növbədə jurnalistlər üçün nəzərdə tutulub, lakin marketoloqlar da burada faydalı informasiya, xüsusilə kontentin optimallaşdırılması ilə bağlı məlumatlar əldə edə bilərlər.

Hesabatdan başlıqların əhəmiyyətə malik olması, eləcə də axtarış və sosial şəbəkələr üçün vacibliyi məlum olub.

ABŞ-da xəbərlər tapmaq üçün axtarışdan yararlanan istifadəçilərin 51 faizi bildirib ki, linkə daxil olmağa səbəb başlığın maraqlı olmasıdır, mənbə isə bir o qədər əhəmiyyət kəsb etmir.

İstifadəçilərin 37 faizi etibar etdiyi saytın xəbərinə daxil olur. Axtarışda sosial siqnallar zəif amildir. Respondentlərin yalnız 11 faizi etibar etdiyi insan tərəfindən dərc edilən xəbəri açır.

Sosial şəbəkələrdə vəziyyət bir qədər fərqlidir. Başlıqlar insanların linkə daxil olmaq istəyinə təsir edən ən vacib amil olaraq qalır. Lakin buna baxmayaraq az sayda respondent (37 faiz) başlıqların axtarışa nisbətdə əhəmiyyətini qeyd edib. İstifadəçilərin 36 faizindən çoxu etibar etdiyi brendlərin xəbərinə daxil olur, 24 faiz etibarlı dostların paylaşdığı məlumatı oxuyur.

Hesabat məlumatları 12 ölkədə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya, İrlandiya, Danimarka, Finlandiya, Braziliya, Yaponiya, Avstraliya) 20 min nəfər arasında keçirilən sorğuya əsaslanır, - "Searchengines” yazır.
Diaspora