Ərdoğanın Ramazan bayramı mesajı diqqət çəkdi: “Dünyada insanlığımızı göstərdik”

Ərdoğanın Ramazan bayramı mesajı diqqət çəkdi: “Dünyada insanlığımızı göstərdik” backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan bayramı ilə əlaqədar görüntülü təbriki yayımlanıb.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğanın təbrik mesajında söylədiyi sözlər diqqət çəkib.

Ərdoğan görüntülü çıxışı zamanı koronavirusun yayıldığı bir dövrdə ehtiyacı olan digər ölkələrə əlindən gələn yardımı edən Türkiyənin dövlət və millət olaraq bu sınaqdan layiqli şəkildə çıxa bildiyini, lakin bəzi ölkələrin bu çətin dövrdə əllərində olan imkanlardan istifadə edərək özlərinə qapandıqlarını bildirib:

“Virusun yayıldığı dövrdə ölkələrin əksəriyyəti özlərinə qapanaraq əllərində olan imkanlara bərk-bərk sarıldılar. Lakin Türkiyə olaraq biz öz ehtiyaclarımızı ödəməklə yanaşı, bir çox dost və qardaş xalqlara da yardım etdik. Qlobal həmrəyliyin tərənnüm edildiyi bir dünyada bir millət olaraq insanlığımızı göstərdik. İnşallah pandemiyadan sonra da Türkiyə siyasi və iqtisadi olaraq yenidən dünyada gücünü, zənginliyi, firavanlığını daha da yükləkliklərə qaldıracaq”.



Firuzə Alimova / Qazilər.az