Türkiyədə daha 32 nəfər koronavirusdan öldü

Türkiyədə daha 32 nəfər koronavirusdan öldü backend

Son bir gündə Türkiyədə daha 32 nəfər koronavirusdan ölüb.

Qazilər.az-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 308 nəfərə çatıb.

Son sutka ərzində ölkədə təhlükəli virusa 1 186 nəfər yoluxma qeydə alınıb. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 155 686 nəfər təşkil edir.

Virusa yoluxmuş daha 1 491 nəfər sağalıb. Türkiyədə COVID-9-dan sağalanların ümumi sayı 117 602 nəfərə çatıb.