ABŞ prezidenti Donald Tramp koronavirusa görə bağlı olan ibadət mərkəzlərinin açılması üçün səlahiyyətli şəxslərə çağırış edib.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Ağ Evdə verdiyi açıqlamasında bildirib.“Mənim göstərişimə əsasən Xəstəliklərə Nəzarət və Profilaktika Tədbirləri Mərkəzi dini icmalar üçün bələdçi dərc edib. Bu gün kilsələri, sinaqoqları, məscid və ibadət yerlərini “əsas xidmət verən yerlər” adlandırıram. Qubernatorları ibadət yerlərini dərhal açmalarına dəvət edirəm”, - deyə Tramp bildirib.
İbadətin insanları birarada tutduğunu vurğulayan Tramp qeyd edib ki, qubernatorlar həftə sonuna kimi ibadət mərkəzlərinin açılmasına icazə verməsə, o, öz səlahiyyətindən istifadə edəcək: “İmamlar, rahiblər və yəhudi din adamları camaatın güvəndə olduqlarından əmin olacaqlar. Amerikada daha az deyil, daha çox duaya ehtiyacımız var”.