İran Türkmənistan, Özbəkistan və Əfqanıstanla sərhədlərini açır.
Qazilər.az APA-ya istinadla xəbər verir ki, bu barədə İranın Türkmənistandakı səfiri Qulaməli Ərbab Xalis bildirilb.Onun sözlərinə görə, koronavirus səbəbindən 2 aydan çoxdur ki, bağlanan sərhədlər iyun ayının 1-dən həm yük, həm də sərnişin daşımaları üçün açılacaq.
Səfir deyib ki, sərhədlərin açılması üçün son bir neçə həftədə Türkmənistan və Özbəkistan rəsmiləri ilə müzakirələr aparılıb. Ötən gün bu məqsədlə 3 ölkənin dəmir yollları idarə rəhbərlərinin görüşü keçirilib. Qərara alınıb ki, İncəburun, Sərəxs və Lütfabad sərhədləri tranzit və gediş-gəliş üçün açılsın.