Twitter-in qurucusu və baş direktoru Cek Dorsi ömrünün sonlarınadək bütün varidatını xeyriyyəçiliyə sərf etməyi planlaşdırır.
Bu barədə o, siyasətçi və sahibkar Enrdrü Yana müsahibəsində danışıb:“Mən əmin olmaq istəyirəm ki, həyatımda öz şirkətlərim, şəxsi ianələrimlə mümkün olan hər şeyi edirəm. Necə ki sağam, dəyişiklikləri görmək istəyirəm”.
C.Dorsi artıq müxtəlif təşkilatlara 85 milyon dollardan çox ianə edib. O, etdiyi ianələr barədə "Google document" vasitəsilə hesabat verir. İş adamı əlavə xərclərə yol verməmək üçün xeyriyyə fondu yaratmaqdan imtina edib.
Qeyd edək ki, Dorsi dünyada koronavirus pandemiyası ilə mübarizəyə ən çox vəsait ayıran iş adamıdır. O, öz varidatının 28 faizini – 1 milyard dolları bu məqsədlə ayırıb.
Dorsi pandemiya qurtarandan sonra da xeyriyyəçilik fəaliyyətini davam etdirəcəyini bildirib.
Musavat.com