Çin və Hindistan arasında gərginlik: Sərhədə əlavə ordu yığılır

Çin və Hindistan arasında gərginlik: Sərhədə əlavə ordu yığılır backend

Çin və Hindistanın sərhədə əlavə ordu yığması gərginliyi artırıb.

Axar.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, hər iki ölkə Ladakx bölgəsi ətrafında əlavə təhlükəsizlik qüvvəsi yerləşdirib.

Çin əsgərlərinin bölgədə 100 çadr qurduğu deyilir. Həmçinin, Panqonq-Tso gölündə patrul qayıqlarının sayını artırıb.

Qeyd edək ki, bir neçə gün öncə Hindistan Çinlə sərhəd rayonları yaxınlığında Pekinə məxsus vertolyotların peyda olmasından sonra qırıcılarını havaya qaldırıb.