Türkiyənin Liviya Həmrəylik Hökumətinə verdiyi İnsansız Hava Aparatı, (SİHA) Birləşmiş Ərəb Əmirlikləri tərəfindən qiyamçı general Xəlifə Haftarın muzdlularına verilmiş “Pantsir” zenit-raket komplekslərini məhv edib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türk SİHA-larının Liviyadakı Pantsir hava hücumundan müdafiə sistemlərini vurduğu anlar kameralara düşüb.Türk SIHA-ları, Haftar qüvvələrinin istifadə etdiyi Rusiya istehsalı olan “Pantsir“ hava hücumundan müdafiə sistemlərini bir-bir ovlayır.
Liviya ordusu da hədəflərin məhv edildiyini keçirdiyi mətbuat konfransında bildirib.
Verilən açıqlamada, BƏƏ-nin Haftar muzdlularına verdiyi Rusiya istehsalı olan “Pantsir“ tipli 5 hava hücumundan müdafiə sisteminin bu gün məhv edildiyi bildirildi.
Dəqiq atışlarla yararsız hala gətirilən silahların məhv edilməsi görüntüləri kameralara əks olunub.