İsrail hökumətinin tərkibi təsdiqləndi

İsrail hökumətinin tərkibi təsdiqləndi backend

İsrail Baş naziri Benyamin Netanyahu yeni hökuməti Knessetə təqdim edib.

Axar.az xəbər verir ki, Netanyahu təqdimatdan əvvəl Knesset qarşısında çıxış edib.

“Cəmiyyət vahid hökumət görmək istəyir”, - Netanyahu çıxışında bildirib.

Netanyahu bildirib ki, əgər ölkə ardıcıl dördüncü dəfə seçkiyə getməyə məcbur qalsa, bu, əlavə 2 milyard şekelə başa gələcək.

Qeyd edək ki, Netanyahu çıxış üçün tribunaya qalxarkən mikrofonu salfetlə silib. Hökumət üzvləri isə iclasa maska ilə gəliblər.

***

İsrail Knesseti (parlament) yeni hökumətin tərkibini təsdiqləyib.

Belə ki, rotasiyaya qədər hökumətin başçısı Benyamin Netanyahu, ondan sonra isə “Kaxol-Lavan” alyansının sədri Beni Qans olacaq.

Qeyd edək ki, rotasiya 2021-ci ilin 17 noyabrında baş tutacaq.