Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Siirt vilayətinin Eruh rayonu ərazisində PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirilib.
Qaziler.az Teleqraf.com-a istinadla xəbər verir ki, Qabar ərazisində keçirilən bu əməliyyatda 3 PKK-çı zərərsizləşdirilib.Digər bir məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Avaşin-Basyan bölgəsindəki PKK düşərgələrinə dəqiq zərbələr endiriblər. Nəticədə 2 terrorçu məhv edilib.
Hökumət rəsmilərinin açıqlamalarına görə, hazırda İraqın şimalında 134 PKK terrorçusu yerləşir. Onların yerləşdikləri məkanların təsbit edilməsi üçün pilotsuz kəşfiyyat aparatlarından da istifadə olunur.