Rusiya prezidenti Vladimir Putinin milli genetik informasiya bazası yaratmaq təklifi birmənalı qarşılanmayıb.
Qazilər.az Moderator.az-a istinadla xəbər verir ki, Putin rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə rusiyalıların şəxsi göstəricilərini və bioloji informasiyalarını bir milli bazada toplayaraq qorumağın vacib olduğunu vurğulayıb. Buna böyük zərurət yarandığını deyən Rusiya prezidenti niyyətini gizlətmədən söyləyib:"Biz bununla həm də suverenliyimizi təmin etmiş oluruq".
İdeyanı dəstəkləyənlər az olmasa da, bəzi rusların fikrincə, hakimiyyət rəqəmsal texnologiyanın köməyilə ömrünü uzatmağa çalışan Putin rejiminin vətəndaşlar üzərində nəzarətini gücləndirmək məqsədi güdür.