PKK terrorçularının Türkiyənin Van əyalətinin Özalp rayonunda “Vəfa” Sosial Yardım Qrupunun əməkdaşlarına hücumu nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, hadisə rayonun Eğribelen məhəlləsində ərzaq yardımı paylanarkən baş verib.Məlumata görə, bələdiyyənin 2 məsul işçisi və 1 mülki vətəndaşın olduğu avtomobil başqa bir maşından uzun çaplı silahdan atəşə tutulub. Nəticədə 2 nəfər ölüb. Onlardan biri bələdiyyə işçisi, digəri isə mülki şəxsdir.
Yaralanan bələdiyyə işçisi isə xəstəxanaya yerləşdirilib.