Putinin sözçüsü də koronavirusa yoluxdu

Putinin sözçüsü də koronavirusa yoluxdu backend

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da koronavirusa yoluxub.

Bizimyol.info TASS agentliyinə istinadən xəbər verir ki, məlumatı Dmitri Peskov özü təsdiq edib.

Xəstəxanda müalicə alan Dmitri Peskovun Putinlə müntəzəm əlaqəda olması Rusiya prezidentyinin yoluxub-yoluxmaması suallarını yaradıb. Lakin bildirilib ki, Moskva xaricindəki iqamətgahından uzaqda işləyən və video konfrans vasitəsilə görüşlər keçirən Putin Peskovla üz-üzə son dəfə bir ay əvvəl görüşüb. Dünən axşam isə RF prezidenti “Rosneft”in rəhbəri İqor Seçinlə üz-üzə görüş keçirib.

Prezident Admnistrasiyasından Putinin sağlamlığının qorunduğunu bildirir. O, Rusiyanın təklif etdiyi ən yaxşı tibbi müalicəni alır.

Xatırladaq ki, Peskov koronavirusa tutulan yüksək səviyyəli ikinci hökumət səlahiyyətlisidir.

Aprelin sonunda Baş nazir Mixail Mişustinin də virusa yoluxma xəbəri yayılmış və təsdiqlənmişdi.