İranlı alimlər 30 saniyədə koronavirusu müəyyən edə bilən sistem yaradıblar

İranlı alimlər 30 saniyədə koronavirusu müəyyən edə bilən sistem yaradıblar backend

İran alimləri koronavirusu 30 saniyə ərzində müəyyən edə bilən test-sistem yaradıblar.

APA xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilir ki, sistem nanomateriallardan istifadə yolu ilə hazırlanıb. Agentliyin məlumatına görə, yeni test-sistem koronavirusa yoluxmanı hətta xəstəliyin başlanğıc mərhələsində də 95% müəyyən etməyə qadirdir. Bununla belə, test-sistem hələ də sertifikasiyadan keçməyib.