Materik Çində son 24 saat ərzində 17 yeni koronavirusa yoluxma və xəstəliyin siptomsuz keçməsinin 12 faktı qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi bildirib.Yeni xəstələnənlərdən 10-u ölkə daxilində yoluxub, beş nəfəri isə Hubey vilayətində... Vilayətin Sağlamlıq Komitəsi, aydınlaşdırıb ki, COVID-19 ilə əlaqəli beş yeni fakt keçən ilin dekabr ayında koronavirusun ilk yayıldığı Vuhan şəhərində aşkar edilib. Beləliklə, Vuhanda aktiv formada yoluxanların sayı 6 nəfərə çatıb, onların hamısı xəstəxanadadır.
Simptomsuz keçən bütün 12 yoluxma faktı ölkə daxilində qeydə alınıb, koronavirusun 780 asemptomatik daşıyıcısı tibbi nəzarətdədir.
Ölkədə sutka ərzində koronavirusla əlaqəli ölüm faktı qeydə alınmayıb.