ABŞ-ın baş epidemioloqu: “Virus Uhan laboratoriyasında yaradılmayıb”

ABŞ-ın baş epidemioloqu: “Virus Uhan laboratoriyasında yaradılmayıb” backend

Ağ Evin koronavirusla mübarizə üzrə hədəf qrupunun üzvü doktor Entoni Fauçi koronavirusun Çin laboratoriyasında yaradılması ilə bağlı fərziyyələri inkar edib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bununla bağlı o, “National Geographic” jurnalına müshaibəsində danışıb.

Birləşmiş Ştatların rəsmi şəxsinin belə bir cümlə deməsii olduqca maraqlıdır. Çünki bu, prezident Donald Tramp və dövlət katibi Maykl Pompeonun daha öncə səsləndirdikləri fikirlərə tamamilə ziddir.

“Əgər siz virusun yarasalardakı təkamülünə diqqət yetirsəniz və burada nə baş verdiyini görsəniz, elmi dəlillərlə virusun süni və ya məqsədyönlü şəkildə yaradılmadığı qənaətinə gələ bilərsiniz. Mikrozərrəciyin mərhələli gəlişməsi onun məhz təbiətdə əmələ gəlib, orada yayıldığını söstərir”, - deyə o qeyd edib.

E.Fauçi koronavirusun vəhşi təbiətdə tapıldıqdan sonra laboratoriyaya gətirilib, buradan təsadüfən çıxması kimi alternativ nəzəriyyələrə inanmadığını da sözlərinə əlavə edib.

Amerikalı ekspert “National Gegraphic”ə müsahibəsində epidemiyanın tam qarşısının alınmadığı təqdirdə onun payız və qış aylarında ikinci dalğasının gələ biləcəyindən narahatlığını dilə gətirib. “Mən bu virusun yoxa çıxacağına inanmıram. O ətrafımızda dolanmağa davam edəcək və imkan tapan kimi yenidən üzə çıxacaq”,- deyə o söyləyib.

Bununla bərabər amerikalı alim gələcəkdə koronavirusa qarşı peyvəndin hazırlanması məsələsinə nikbinliklə baxdığını vurğulayıb.