İran Suriyadan çəkilir - İsraildən İDDİA

İran Suriyadan çəkilir - İsraildən İDDİA backend

İsrail Müdafiə Nazirliyinin rəsmiləri Suriyada İranın dəstəklədiyi qüvvələrin sayının azaldığını iddia edib.

Qaziler.az Türliyə mətbuatına istinadən bildirir ki, İsrail rəsmiləri, İranın Suriyadakı bəzi hərbi bazaları boşaltdığını və bu ölkədəki qüvvələrinin sayını azaltdığını iddia edib.

Bu barədə İsrail mətbuatına danışan və adları açıqlanmayan müdafiə nazirliyi səlahiyyətliləri İsrail təyyarələrinin gecə saatlarında Suriyanın şimal hissəsində yerləşən Hələb əyalətindəki bəzi hərbi nöqtələrə hücum etməsi xəbərini şərh etməkdən imtina edib.

İsrailli səlahiyyətlilər qarşıdurmanın azalması səbəbindən Suriyada İran tərəfindən dəstəklənən qüvvələrin sayının da azaldığını bildiriblər.

Xatırladaq ki, İsrailin müdafiə naziri Naftali Bennett keçən həftə ölkəsinin yeni hədəfinin İran qüvvələrini Suriyadan çıxarmaq olduğunu söyləmişdi.