Çin və ABŞ arasında hərbi qarşıdurmas təhlükəsi var və bu təhlükə sürətlə böyüməkdədir.
Moderator.az xəbər verir ki, bu iddia ilə Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun akademik direktoru, akademik Sergey Roqov çıxış edib. Ekspertin sözlərinə görə, ABŞ Strateji Silahların Azaldılması Müqaviləsinə Rusiya ilə yanaşı, Çinin də daxil edilməsini istəyir ki, bu da Ağ Evin Çinin sürətlə silahlanmasından duyduğu narahatlıqdan irəli gəlir. Çinin isə bu müavilədə təmsil olunmaq istəməməsi bütün tərəflərin silahlanma yarışını heç bir nəzarət və ölçü olmadan davam etdirməsi deməkdir ki, bu da özlüyündə qarşıdurma ehtimalını artırır.Son vaxtlar Çin xüsusi xidmət orqanlarının Pekinə təqdim etdiyi hesabatlarda da ABŞ-la toqquşma ehtimalının yüksəldiyi qeyd olunur. Hansı ki, ekspertin fikrincə, belə bir qarşıdurma nüvə müharibəsi ilə nəticələ bilər ki, bu da bütün dünyanın “sıfırlanması” demək olar.
ABŞ-Çin, yaxud ABŞ-Rusiya hərbi qarşıdurmasının nə vaxtsa baş verəcəyinə böyük əksəriyyət inanmasa da, bu, mahiyyət etibari ilə hər an baş verməsi mümkün olan qarşıdurmadır. Bu isə o deməkdir ki, yer üzündə yaşam gözləniləndən də tez başa çata bilər.