Böyük Britaniyanın Koventri şəhərindəki müsəlman icması çətin karantin dövründə yerli əhaliyə kömək məqsədi ilə bir qida bankı təşkil edib.
Moderator.az-ın yerli “Coventry Telegraph” nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, Ramazan ayının əvvəlindən bəri müsəlman fəallar ərzaq toplamağa başlayıblar.Bir həftə ərzində 50 qutu zəruri qida məhsulu toplanaraq ehtiyacı olan ailələrə verilib.
Yerli məscidin imamı Şeyx Nabilin sözlərinə görə, “Əl-Mədinə” institutunun fəalları tərəfindən 50 yardım boğçası bütün gigiyenik qaydalara əməl edilməklə Koventri və Vorvikşir şəhərindəki yoxsulların ünvanlarına çatdırılıb. Lakin müsəlman cəmiyyətindən kömək istəyən hələ bir neçə onlarla insan var.
"Bu işin ən xoş hissəsi uşaqların üzlərindəki təbəssümləri görməkdir"- müsəlman məscidinin rəhbəri belə deyir.