Rusiyanın Kalininqrad şəhərində 350 tibb işçisi koronavirus infeksiyasına qarşı mübarizə mərhələsində işə çıxmaqdan imtina edib
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.Regionun səhiyyə naziri Aleksandr Kravçenko bildirib ki, 100 həkim, 250 orta tibb personalı əməkdaşı işə çıxmaqdan imtina edib. O, qeyd edib ki, həmin şəxslərin hər birinin bununçün səbəbi var və o heç kimi ittiham etmək hüququna malik deyil.
Səhiyyə naziri tibb müəssisələrinin rəhbərliyinin 65 yaşdan yuxarı tibb işçilərini xəstəxanaya göndərmək məcburiyyətində olmadığını, lakin bununla belə həmin kateqoriyadan olan həkim və tibb bacılarının qalıb işlədiyini bildirib. Lakin Kravçenkonun sözlərinə görə, tibb personalının çatışmamazlığı regionda koronavirusun inkişafından əvvəl artıq mövcud idi. O, həmçinin qeyd edib ki, praktiki olaraq hər tibb müəssisəsində koronavirusa yoluxan həkim var.