İraqın Anbar vilayətində 10 polis əməkdaşı və hərbi qulluqçu İŞİD terror qruplaşmasının silahlıları tərəfindən öldürülüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Əl-Fəlucada terrorçuların hücumu zamanı 5 polis əməkdaşı öldürülüb, 6-sı yaralanıb.
Əbu-Qreyb şəhərində terrorçular hərbçilərin zirehli maşınına hücum edib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Qarma şəhərində isə terrorçu-kamikadze minalanmış avtomobili partladaraq 4 hərbi qulluqçunun həyatına son qoyub.