Hindistan ordusu müsəlmanlarla üz-üzə gəldi

Hindistan ordusu müsəlmanlarla üz-üzə gəldi backend

5 hərbçi və 2 silahlı öldürüldü

Kəşmirin şimalındakı Handvara bölgəsindəki kənddə silahlılarla qarşıdurma nəticəsində 5 hərbçi öldürülüb. Onlardan biri ordu polkovniki, digəri isə mayordur. Digər 3 nəfər isə əsgərdir. Bu barədə bazar ertəsi Polis Baş Direktoru Dilbagh Singh məlumat verib.

Hindistan mediasının yaydığı xəbərdə deyilir ki, Hindistan ordusunun 5 nəfər itki verməsinə Hindistanın baş naziri Narendra Modi də münasibət bildirib. O deyib ki, xalq onların şücaət və fədakarlıqlarını heç vaxt unutmayacaq. Baş nazir öldürülən hərbçiləri şəhid adlandırıb, onların ailələrinə və dostlarına başsağlığı verib.

Qeyd olunur ki, kəndəki yaraqlıların bir neçə nəfəri girov götürməsi barədə orduya gizli məlumat daxil olub. Bu səbəbdən də onlar həmin ərazidə əməliyyat keçiriblər. Əməliyyat zamanı girovlar azad edilib. Ancaq ciddi müqavimətlə üzləşən hərbçilər atışma zamanı itki verib. Yaraqlılar da iki nəfər itirib. Ölənlər arasında Kəşmirin polis rəisi də var.

Qeyd edək ki, müsəlmanların çoxluqda olduğu Kəşmir bölgəsində yerli əhali ilə Hindistan ordusu arasında bu tipli silahlı qarşıdurmalar tez-tez olur. Baş nazir Narendra Modi millətçi şüarlarla iqtidara gəldikdən sonra Hindistanda müsəlmanlara münasibət mənfiyə doğru ciddi şəkildə dəyişib. Bu mövzu bir neçə ildir ki beynəlxalq medianın və təşkilatların diqqət mərkəzindədir.


Musavat.com