Fransanın Korsika adası ərazisində kinoloqlar və veterinarlar itlərin koronavirusa yoluxmuş insanı iyləməklə aşkar edə bilməsi üzərində təcrübələr aparırlar.
Qazilər.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Le Figaro” qəzeti məlumat yayıb.Bildirilir ki, layihəyə Fransa Milli Veterinariya Məktəbindən professor Dominik Qranjan rəhbərlik edir.
Təcrübənin məqsədi virusa yoluxmuş insanlarda xüsusi iylərin olub-olmadığını müəyyən etməkdir. Fərziyə özünü doğrultsa, itlər koronaviruslu xəstələrin aşkar edilməsində istifadə olunacaq.