Qazaxıstanda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 13-ə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Şımkənd şəhərinin təcili yardım xəstəxanasının baş həkimi Madi Biqəliyev deyib.O bildirib ki, hadisə yerində 9 nəfər ölüb, 12 nəfər isə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, xəstəxanaya gətirilən yaralılardan 4 nəfərin həyatını xilas etmək mümkün olmayıb. İki nəfərin durumu isə ağır kimi qiymətləndirilir.