Tiflisdə daşqın qurbanlarının sayı 17-yə çatıb

Tiflisdə daşqın qurbanlarının sayı 17-yə çatıb backend

Tiflisdə baş verən daşqının qurbanı olan daha bir nəfərin meyiti tapılıb. QAZİLER.AZ saytının APA-a istinadən məlumatına görə, xilasedicilərdən biri "Mziuri" parkında gənc qadının meyitinin tapıldığını bildirib. Bu, "Mziuri" parkında aşkarlanan dördüncü meyitdir.


Beş nəfər isə itkin düşmüş sayılır.

Qeyd edək ki, iyunun 13-dən 14-nə keçən gecə Tiflisdə güclü küləklə müşayiət olunan leysan və dolu düşüb.

Nəticədə Vere çayında suyun səviyyəsi kəskin qalxıb.

Evlərə, yollara, obyektlərə və infrastruktura ciddi ziyan dəyib.

Güclü sel Tiflis zooparkını da dağıdıb. Xeyli vəhşi heyvan tələf olub, bir hissəsi isə zooparkın ərazisini tərk edərək paytaxt küçələrinə dağılıb.
Diaspora