Kim Çen In son 20 gündə ilk dəfə "üzə çıxdı"

Kim Çen In son 20 gündə ilk dəfə "üzə çıxdı" backend

Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In son 20 gündə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilir ki, KXDR lideri Sunçxon gübrə zavodunun açılışında iştirak edib: "Hörmətli ali rəhbər, yoldaş Kim Çen In mərasimdə iştirak edərək tikintinin başa çatmasını bildirən lenti kəsib".