Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötdü backend

Dünyada 235 290 insan koronavirus infeksiyasının qurbanı olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyəti, KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin son məlumatına görə, dünyada 3 303 296 koronavirusa yoluxma qeydə alınıb. Ayrı-ayrı ölkələrdə virusa yoluxmuş 1 039 588 insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.