“Kim Çen koronavirusun qorxusundan yeraltı bunkerdən çıxmır...”

“Kim Çen koronavirusun qorxusundan yeraltı bunkerdən çıxmır...” backend

Şimali Koreya diktatoru Kim Çen In ölümcül “COVID-19”a yoluxmaq qorxusundan ictimaiyyətə görünmür. O, yeraltı bunkerdə gizlənir.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bunu yerli mətbuata Cənubi Koreyanın naziri Kim En Çul açıqlayıb.

"Doğrudur, o, hakimiyyətə gələndən bəri atası Kim Ir Senin doğum gününü qaçırmayıb. Acaq bir çox ildönümü tədbirləri, o cümlədən qeydetmə və ziyafətlər koronavirusla əlaqədar problemlərə görə ləğv edilib. Düşünmürəm ki, mövcud vəziyyəti nəzərə alsaq, Kim Çenin görünməməsində bir qeyri-adilk var”-deyə nazir bildirib.

Qeyd edək ki, Şimali Koreya səlahiyyətliləri bu günədək ölkədə təsdiqlənmiş koronavirus infeksiyası hallarının olmadığını söyləyirlər.