Rusiyaya zərbə: Dəlillər ortaya qoyuldu - Ordunun hərbi texnikası...

Rusiyaya zərbə: Dəlillər ortaya qoyuldu - Ordunun hərbi texnikası... backend

ATƏT-in Ukrayna üzrə xüsusi müşahidə missiyası Rusiya ordusunun Ukraynada olduğunu sübuta yetirən yeni dəlillər ortaya qoyub.

Teleqraf.com xəbər verir ki, ATƏT-in müşahidə missiyası rus ordusuna aid hərbi texnikanın Ukrayna ərazisində olduğunu göstərən peyk fotolarını yayıb.

Bununla bağlı açıqlanan hesabatda qeyd edilib ki, ATƏT-in Ukrayna xüsusi müşahidə missiyası rus ordusunun Ukraynada olduğunu göstərən dəlillər əldə edib.

“Martın 10-da Pilotsuz Uçuş Aparatı (PUA) təmas xəttindən 13 kilometr cənubda Luqanski şəhərində olan təssisatda ruslara aid RB-636 Svet-Ku, RB-341V Leer-3, R-934B Sinitsa modeli 3 ədəd elektron müharibə silahı müəyyən edib”,- raporda vurğulanıb.

16 mart tarixdə yayımlanan hesabatda qeyd edilib ki, ATƏT-ə aid mini PUA hökumət tərəfindən nəzarət edilməyən Luqanski bölgəsinin 9 kilometr məsafəsində olan Yuzhna-Lomuvatka yaxınlarında ruslara aid “Tirana-2” və R-330 model silah təsbit edib.

Hesabatda bəyan edilib ki, Rusiyanın Ukraynaya qarşı davam edən hücumçu mövqeyi və Donetski ilə Luqanskidə olan terrorçu qrupları dəstəkləməsi beynəlxalq sülh və təhlükəsizlik şərtlərinin açıq pozulması ilə yanaşı 3314 saylı BMT Təhlükəsizlik Şurasıın qərarının 3-cü maddəsinin pozulmasıdır və buna görə beynəlxalq məsuliyyət daşıyır.
Diaspora