Pakistanlı şeyx virusun yayılmasında yarıçılpaq qadınları suçladı

Pakistanlı şeyx virusun yayılmasında yarıçılpaq qadınları suçladı backend

Məşhur Pakistanlı ilahiyyatçı Mövlana Tarık Cəmil ölkənin baş nazirinin iştirakı ilə canlı televiziya efirində koronavirus epidemiyasının səbəbləri ilə əlaqədar əndrəbadi çıxış etdikdən sonra qalmaqala səbəb olub.

Moderator.az xəbər verir ki, bu haqda “GulfNews” nəşri məlumat yayıb.

Şeyx Cəmil xeyriyyəçilik üçün vəsait toplanılmasına həsr olunmuş televiziya verilişində 25 dəqiqə koronavirusun köklü səbəbləri barədə danışıb və onun bəzi şərhləri geniş ictimaiyyətdə qəzəb doğurub.

Baş nazir İmran Xanın da eşitdiyi yarım saatlıq çıxışda Şeyx Cəmil KİV-i "yalançı" adlandırıb və pandemiyanın günahkarları olaraq "yarıçılpaq qadınları" göstərib.

Bəhs edilən çıxışına etirazlardan sonra Pakistan din xadimi yenidən telekanal efirində görünüb və bəzi ifadələri üçün üzr istəyərək deyib ki, onun həmişəki kimi dili başına bəla olub.

"Belə şeylər mənim başıma gəlir, axı, mən həddindən artıq uzun danışıram" - deyə Şeyx Cəmil şikayətlənib.

Bununla belə sosial şəbəkələrdə ilahiyyatçını dəstəkləyən yüzlərlə şərh də ortaya çıxıb. “Tvitter” istifadəçiləri Şeyx Cəmili ifadələrinin həddən artıq səmimiliyi və kəskinliyi üçün üzr istəməməyə çağırıblar.