QAZILER.AZ saytı Evronyusa istinadən bildirir ki, ABŞ-da, Ceb Buş - Respublikaçılar Partiyasının prezidentliyinə əsas namizədlərdən biri - bazar ertəsi rəsmi olaraq prezident seçkilərində iştirakını elan edib.
Florida əyalətinin keçmiş qubernatoru, Amerika Birləşmiş Ştatlarının 43-cü prezidentin qardaşı və Birləşmiş Ştatların 41-ci prezidentinin oğlu Ceb Buş öz kampaniyasının logosu üçün soyadını istifadə etməməyi qərara alıb və Ceb kimi qalmağa üstünlük verib. Miami-Dade Universitetində danışan Ceb Buş Demokratlar Partiyasını ölkənin iqtisadiyyatını ən gec, yavaş şəkildə bərpa etməklərində ittiham edib.Ceb Buşun atası və qardaşı onu dəstəkləməyiblər.