Türkiyədə koronavirusa yoluxanların sayı 110 mini ötdü - STATİSTİKA

Türkiyədə koronavirusa yoluxanların sayı 110 mini ötdü - STATİSTİKA backend

Türkiyədə son 24 saatda koronavirusa 2 357 yoluxma halı qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə səhiyyə naziri Fahrettin Koca xəbər verib.

Səhiyyə naziri bildirib ki, son sutka əzrində daha 99 nəfər koronavirusdan ölüb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 110 130 nəfər təşkil edir. Nazir bildirib ki, ölkədə son 20 gündə virusa ən az yoluxma qeydə alınıb.

Məlumata görə, 2 805 nəfər COVID-19 infeksiyasının qurbanı olub. Koronavirusa yoluxmuş 3 558 nəfər sağalıb. Bununla da COVID-19 infeksiyasından sağalanların ümumi sayı 29 140 nəfər olub.