İsrailin Səhiyyə naziri koronavirusa görə istefa verdi: "Məsih bizi qurtaracaq" demişdi...

İsrailin Səhiyyə naziri koronavirusa görə istefa verdi: "Məsih bizi qurtaracaq" demişdi... backend

"Məsih gələndə koronavirusdan xilas olacağıq" deyən İsrailin Səhiyyə naziri kəskin tənqidlərdən sonra istefa verib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İsrailin ifrat dindar olan Səhiyyə naziri Yaakov Litzman koronavirus epidemiyasına qarşı göstərdiyi mövqeyi, siyasəti ilə əlaqədar tənqidlərə məruz qaldığına görə istefa verib.

İsrail KİV-lərinin verdiyi məlumata görə, 71 yaşlı Yaakov Litzman Baş nazir Benyamin Netanyahuya, Səhiyyə Nazirliyindən ayrılaraq İnşaat və Mənzil Nazirliyinə keçmək istədiyini bildirib.

İsrail mediası, eyni zamanda, Netanyahunun da Litzmandan istefaya getməsini istədiyini iddia edib.



Qeyd edək ki, Yaakov Litzman, iştirak etdiyi proqramların birində İsraildə yayılan koronavirus epidemiyasının qarşısını almaq üçün görülən tədbirlər barədə verilən suala: "Məsihin gəlməsini və bizi xilas etməsini diləyirik" - deyə cavab verib.

İsrail xalqına sosial məsafə və fərd olaraq təmizliyə riayət etməyi tövsiyə edən Litzman: "Dua edirik və Məsihin Pasxa bayramından əvvəl gələcəyinə ümid edirik, çünki bu, bizim xilasımızdır" - deyib.