Dünyada koronavirusdan ölənlərin sayı 190 mini keçdi - STATİSTİKA

Dünyada koronavirusdan ölənlərin sayı 190 mini keçdi - STATİSTİKA backend

Dünyada yeni tip koronavirusdan (COVID-19) ölənlərin sayı 190 min nəfəri keçib.

Qazilər.az-ın "worldometers"ə istinadən məlumatına görə, dünya üzrə pandemiyaya yoluxanların sayı 2 725 920 nəfərə çatıb.

Koronavirusdan ölənlərin sayı 191 061 nəfərdir. Virusdan 745 905 nəfər sağalıb.

Ölkələr üzrə hesabatda bildirilir ki, ən çox yoluxma halları ABŞ-da - 873 137 (49 759 ölüm halı), İspaniyada - 213 024 (22 157), İtaliyada - 189 973 (25 549), Fransada - 159 460 (21 856), Almaniyada - 151 784 (5 404), Böyük Britaniyada - 139 246 (18 738), Türkiyədə - 101 790 (2 491) qeydə alınıb.