“Türk Ulduzları”ndan möhtəşəm şou

“Türk Ulduzları”ndan möhtəşəm şou backend

Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupu 23 aprel Uşaqlar Günü və Türkiyə Böyük Millət Məclisinin açılışının yüzüncü ildönümü münasibətilə xüsusi şou göstərib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

“Bu xüsusi videomuzla Məclisimizin açılışının yüzüncü ildönümü və bütün uşaqların 23 aprel Milli Suverenlik və Uşaq Bayramını təbrik edirik”, - videonun başlığında qeyd edilib.
(oxu.az)