Uelsdə nazirin millət vəkilini söyməsi efirə düşdü

Uelsdə nazirin millət vəkilini söyməsi efirə düşdü backend

Uelsdə videokonfrans zamanı Zoom mikrofonu açıq qalan səhiyyə naziri Vauqan Gesinqin öz partiyasından olan millət vəkili Cenni Razbonu söyməsi efirə düşüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, vulqar ifadə işlədərək deputat barədə "Bu qadın nə istəyir?" deyib. Onun danışığına isə Parlamentin spikeri Elin Cons müdaxilə edib.

"Düşünürəm ki, Vauqan mikrofonu söndürməlidir", - deyə o, bildirib. Spiker bir dəfə də xəbərdarlıq etdikdən sonra onlayn konfransa fasilə verilib.

Müxalifət qeyri-etik ifadə işlətdiyi üçün naziri istefa verməyə çağırıb.

Vouqan Gesinq isə daha sonra tvitter hesabında açıqlama verərək, üzr istəyib.

"Bugünkü müzakirənin sonunda dediklərimə görə xəcalət çəkirəm. Cenni Razbona üzr məktubu göndərdim və istəsə onunda danışmaq istədiyimi dedim. Bu hadisə bənzəri görünməmiş problemlərlə mübarizə apararkən arzuolunmaz yayındırma oldu", - deyə nazir qeyd edib.

Diaspora