İranda koronavirusa görə bağlanan parklar açıldı

İranda koronavirusa görə bağlanan parklar açıldı backend

İranda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bağlanan park və bağçalar 1 aydan sonra yenidən açılır.

“Report” IRNA-ya istinadən xəbər verir ki, parklar ilkin olaraq paytaxt Tehranda açılılıb.

“Koronavirus artıq azalmağa doğru gedir. Bu da görülən tədbirlərin önəmi və xalqın həmrəyliyinin göstəricisidir”, - daxili işlər nazirinin müavini Hüseyn Zülfiqari bildirib.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda indiyədək koronavirusa yoluxanların sayı 86 minə yaxınlaşıb. Bunlardan 63 113 nəfər virusdan sağalsa da, 5 391 nəfər ölüb.