Rus ordusu T-14-ü Suriyada sınaqdan keçirdi

Rus ordusu T-14-ü Suriyada sınaqdan keçirdi backend

Rusiya T-14 tankını Suriyada sınaqdan keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət naziri Deniz Manturov bildirib.

Qeyd edilir ki, rus ordusu T-14 tankını qum üzərindəki manevr imkanlarını öyrənmək məqsədilə Suriyaya göndərib.

Nazir T-14 Armata tankının dünyada bənzəri olmadığını və Suriyadakı testlərdən uğurla keçdiyini bəyan edib.

“Bu cür testlər tankın fərqli müharibə meydanlarında və şərtlərdə necə performans göstərməsinə köməklik edir” - deyə nazir qeyd edib.

Məlumat üçün deyək ki, T-14 Armata dünyanın yeganə üçüncü nəsl tankı hesab edilir.