ABŞ “Əl-Qaidə”-nin daha bir liderini məhv etdi

ABŞ “Əl-Qaidə”-nin daha bir liderini məhv etdi backend

“Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Nasir Əl-Vahişi ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində məhv edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

“Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının lideri həmçinin, ümumilikdə, təşkilatın ikinci siması olub, daha əvvəl isə Üsamə Ben Ladenin şəxsi katibi olub.

Qeyd edək ki, bundan əvvəl ABŞ hərbçiləri “Əl-Qaidə” ilə yaxın əlaqəsi olan “Əl-Murabitun” terror qruplaşmasının lideri Moxtar Belmoxtarı məhv etməyə müvəffəq olublar.
Diaspora