Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampa məktub göndərməyib.
Azvision.az xəbər verir ki, bu barədə KXDR-ın Xarici İşlər naziri Li Son Qvon bəyan edib."Bəlkə, ABŞ Prezidenti özünün köhnə dostlarını xatırlayıb, amma bizim liderimiz Trampa heç bir məktub göndərməyib", - XİN rəhbəri vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Tramp Kim Çen Indan çox yaxşı məktub aldığını açıqlayıb.