Koronavirusla mübarizə çərçivəsində xalqına dəstək olmaq üçün şahzadə menecerliyini etdiyi xəstəxanada işləməyə başlayıb.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, İsveç şahzadəsi Sofiya Kristina Hellqvist bu hərəkəti ilə xalqına dəstək olub.İdarə etdiyi Sophiahemmet xəstəxanasına gedən şahzadə könüllü olaraq təmizlik işlərini görür və aşbazlıq edir.
Şahzadə Sofiyanın bu hərəkəti İsveç xalqı tərəfindən məmnuniyyətlə qarşılanıb, hər kəsə örnək olub.
Firuzə Alimova